Menyu

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan sürücü saxlanılıb

Redaksiya
Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan sürücü saxlanılıb

İdarə etdiyi "Land Rover Velar" markalı 99-CN-222 qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər