Menyu

Aztəminatlı ailələr necə ev sahibi ola bilərlər?

Nərmin Qocamanlı
Aztəminatlı ailələr necə ev sahibi ola bilərlər?

Ev sahibi olmaq istəyən bir qrup insanlar var ki, ipoteka şərtlərinə uyğun deyillər və yaxud sadəcə olaraq ipoteka müddətinin çox uzun olduğunu nəzərə alaraq bu şəkildə ev sahibi olmaq istəmirlər. Təəssüflər olsun ki, nağd alış da əmlak bazarının qiymətləri ilə uyğun gəlmir. 

Bəs bu cür aztəminatlı ailələr hansı şəkildə ev sahibi ola bilərlər?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya bildirib ki, aztəminatlı insanların da ev problemlərinin həll olunması üçün müəyyən güzəştlər var:

"Şəhid ailələri, hərbçilər, müharibə veteranları, əlillər, müəyyən dövlət qulluqçuları dövlət tərəfindən mənzillə təmin olunurlar. Təbii ki, digər kateqoriyadan olan aztəminatlı insanların da ev problemlərinin həll olunması üçün müəyyən güzəştlər mövcuddur. Belə ki, onlara dövlət tərəfindən ev verilmir. Lakin həmin şəxslər aztəminatlı ailə kimi qeydiyyatdan keçdikləri zaman dövlətdən sosial müavinət alırlarsa və kirayədə yaşayırlarsa, həmin kirayə müqaviləsini aidiyyəti üzrə sosial müavinət aldığı orqana təqdim etməlidirlər. Bu zaman həmin orqan onların kirayə pullarının ödənişində köməklik edir, yəni dövlət tərəfindən yaşadıqları evin kirayə haqqı ödənilir".

Ekspert qeyd edib ki, təəssüf ki, dövlətin aztəminatlı ailələrə göstərdiyi bu köməkdən bir çoxları xəbərsizdir, bunun üçün dövlət orqanları tərəfindən maarifləndirmə işləri aparılmalıdır. 

Sevinc İbrahimzadə

Teqlər:

"Azt\u0259minatl\u0131 ail\u0259l\u0259r nec\u0259 ev sahibi ola bil\u0259rl\u0259r?"

Əlaqəli Xəbərlər