21 Fevral 2024, 09:50
XİN: 7 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub
XİN: 7 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub şəkil
XİN: 7 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 20 fevral tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

 "Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Son xəbərlər
Bu gün Torpaq çərşənbəsidir
Ağ Ev: Tramp Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır
Pentaqon Ukraynaya hərbi yardımın bərpa edilməsini təsdiqləyib
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
ABŞ ordusu Yəməndə husilərə zərbə endirib
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub