Hövsanda avtomobil qaçırılıb
Nərmin Qocamanlı
Fevralın 20-də saat 17 radələrində Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Nicat Həsənov və Həşimağa Həşimov avtomobillə saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net