Menyu

DYP avtomobilində “Polis” yazısı həkk olunmuş aksesuar daşıyan sürücülərə çağırış edib

Nərmin Qocamanlı
DYP avtomobilində “Polis” yazısı həkk olunmuş aksesuar daşıyan sürücülərə çağırış edib

Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı, yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DYP-nin mətbuat xidməti məlumat yayıb:

"Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır".   

Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir", - məlumatda qeyd olunub.

Teqlər:

"DYP avtomobilind\u0259 \u201cPolis\u201d yaz\u0131s\u0131 h\u0259kk olunmu\u015f aksesuar da\u015f\u0131yan s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 \u00e7a\u011f\u0131r\u0131\u015f edib"

Əlaqəli Xəbərlər