Menyu

Ötən il ölkədə 742 milyon manatdan çox dövlət vəsaitinə qənaət edilib

Nərmin Qocamanlı
Ötən il ölkədə 742 milyon manatdan çox dövlət vəsaitinə qənaət edilib
1 dəq oxu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742,4 mln. manat dövlət vəsaitinə qənaət edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 17% artıb. Belə ki, 2022-ci ildə bu göstəricinin həcmi 634.4 mln. manat idi.

Bildirilib ki, 2022-ci il illə müqayisədə ötən il qənaət edilmiş məbləğdə açıq tender üzrə 13%, təkliflər sorğusu üzrə 41% artıma nail olunub.

Əlaqəli Xəbərlər