http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ölkədə tərəvəzlərin qiyməti nə vaxt ucuzlaşacaq?

21 Fevral 2024 , 15:32
Ölkədə tərəvəzlərin qiyməti nə vaxt ucuzlaşacaq?

Bazar və marketlərdə ərzaq qiymətləri od tutub yanır. Hazırda bu vəziyyət iaşə obyektlərindən də yan keçmir. Belə ki, məhsulu baha alan sahibkarlar menyu qiymətlərini də artırırlar.

Bir çoxları tərəvəzlərin qiymət artımının səbəbini qış vaxtı olmasında görür. Satıcılar vəziyyətin hər qış belə olduğunu bildirirlər.

Görəsən, tərəvəzlərin bahalılığının səbəbi, həqiqətən, qış fəslidir?

Mövzu ilə əlaqədar kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov "Operativ Media"ya açıqlamasında bildirib ki, Azərbaycanda həm istehsal aşağı səviyyədədir, həm də məhsulun maya dəyəri yüksəkdir:

337964495_2292380677614060_7037272061000031507_n.jpg?ccb=11-4&oh=01_AdQjHFbv89LuSqswIisTRp4jiBI6Bfm8Z34CxQV2mpAioQ&oe=65E2E459&_nc_sid=e6ed6c&_nc_cat=107

"Hətta kredit resursu Azərbaycanda kəndlilər üçün 20 faizə təklif olunur ki, bu, digər ölkələrdən 4-5 dəfə aşağıdır. Bundan başqa ölkədə hər nə qədər desək də, su və toxum problemi var, istehsal vasitələri, yəni gübrə, pestisidlər və s. bahadır, amma keyfiyyəti də aşağıdır. Eyni zamanda fermerlərimizin səriştəsi bir o qədər deyil. Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub ki, Azərbaycana keçən illə müqayisədə meyvə-tərəvəz idxalı 50 faizdən çox artıb. Biz daha baha qiymətə idxal edirik, çünki bunun daşıma xərci var və bizim bu işlə məşğul olan sahibkarlar çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Saxlama kameraları bizdə bərbad haldadır. Bu işlər görülməlidir ki, kəndlilərimiz istehsal etdiyi məhsulu saxlaya bilsin və qışda bazara çıxarıb nisbətən istehlakçılar üçün əlverişli qiymətə sata bilsinlər".

Ekspertin sözlərinə görə, bahalaşma hələ bir neçə ay davam edəcək:

"Bir-iki aya faraş kartof çıxacaq ki, bu da bizdə ucuz qiymətə olmur. Hər halda düşünürəm ki, yay mövsümündə istehsal artarsa, qiymətlər enə bilər. Faraş kartof istehsalı ilə məşğul olan kəndlilər etiraf edirlər ki, əkin sahələrini azaldıblar. Keçən il də əkin sahələri 10 faizə yaxın azalmışdı. Qiymətlərin yuxarı olmasının, fəsil ilə bir o qədər əlaqəsi yoxdur. Çünki Türkiyədə, Gürcüstanda, İranda da hazırda qışdır. Amma orada qiymətlər bizim bazarlarda satılan məhsuların qiymətindən 2,5 dəfə ucuzdur. Bu lin əvvəlində Moskva bazarı ilə müqayisədə Azərbaycanda pomidorun qiyməti iki dəfə baha təklif olunub. Statistikaya əsasən, yanvarda bizim pomidor ixracımız artıb, amma qazanc azalıb. Birmənalı demək olmaz ki, Azərbaycanda qış mövsümü olduğuna görə tərəvəzin qiyməti yüksəkdir. Ümumiyyətlə, Azərbaycanın torpaq, iqlim şəraiti imkan verir ki, biz daha ucuz və daha keyfiyyətli tərəvəz istehsal edək. Sovet dövründə də biz qonşu respublikalara daha çox ucuz qiymətə tərəvəz göndərmişik".

Mütəxəssis qeyd edib ki, istehsal olunan tərəvəzin bir hissəsi bazara çıxarılmalı, bir hissəsi isə mütləq saxlanılmalıdır:

"Yay mövsümündə kartof istehsal edib satan kəndlilər şikayətlənirlər ki, istehsalçılar eyni vaxtda bazara məhsulu çıxartdıqları üçün qiymətlər kəskin şəkildə aşağı düşür və onlar üçün sərfəli olmur. Fermerlər soyuducu anbar olmadığı üçün istehsal etdikləri məhsulu normal şəraitdə saxlayıb, bir müddətdən sonra uyğun qiymətə sata bilmirlər. Əgər fermerlər birlik yaradaraq öz mailiyyətləri hesabına saxlama kameraları inşa etsələr, bu daha yaxşı olar. Soyuducu mexanizmlərin işləməsi üçün daha ucuz başa gələn günəş enerjisindən istifadə etmək olar. Məsələn, Türkiyədə də bu praktika geniş yayılıb. Eyni zamanda istehsal qaydasına qoyulmalı və bazarda monopoliya götürülməlidir. Məhsul saxlama anbarlarının inşa edilməsi üçün hökumət ucuz kredit resursları təsdiq etməlidir. Bütün bu problemlər həllini tapsa, meyvə-tərəvəzin qiyməti Türkiyədə, Gürcüstanda olduğu kimi nisbətən ucuz və əlçatan olar".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
  • 16:15

    Putin Paşinyanı təbrik edib
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
Menyu