Menyu

Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO

Nərmin Qocamanlı
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO

2024-cü ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.

Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib.

Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər