Bank kartlarından oğurluq edənlər saxlanılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net