Menyu

İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib

Nərmin Qocamanlı
İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məşğulluq imkanlarına dair məlumatlandırılması məqsədilə tədbir təşkil edilib.

KOBİA-dan "Operativ Media"ya bildirilib ki, onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Təbirdə işğaldan azad olunnmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər