Menyu

Avtomobil alarkən nələrə diqqət etmək lazımdır?

Nərmin Qocamanlı
Avtomobil alarkən nələrə diqqət etmək lazımdır?

Ölkəmizdə avtomobil istifadəçilərinin sayı hər il artmağa davam edir. Xüsusilə istehsal vaxtı10 ili keçən avtomobillərin idxalına qadağa qoyulması sürücülərin yeni avtomobillərə maraq göstərməsinə səbəb olub. 

Bəs ölkəmizdə ən çox alınan avtomobillər hansılardır?

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Operativ Media"ya bildirib ki, son dönəmlər ölkəmizdə, əsasən, ekoloji təmiz nəqliyyat vasitələrinə (elektrik və hibrid) avtomobillərinə maraq artıb:

244481453_1001590560466182_2086249863040209257_n.jpg?ccb=11-4&oh=01_AdTqhyudVBY1J2HI_x0ehxx6VInEgVZfK5ZZwDUjhkt_tw&oe=65E154A4&_nc_sid=e6ed6c&_nc_cat=100

"Bunun səbəbi dövlətin bu istiqamətdə gördüyü işlərdən qaynaqlanır. Lakin elektrik avtomobillərə kütləvi keçidin ləngiməsi daha çox infrasturuktur ilə bağlıdır. Ona görə də əsasən hibrid avtomobillərə daha çox üstünlük verilir. Apardığımız müşahidələr onu da göstərir ki, vətəndaşlar artıq köhnə, yararsız avtomobil almaq istəmirlər. Buna görə də aşağı büdcəli vətəndaşlarımız yeni və daha ucuz avtomobillərə maraq göstərirlər. Belə avtomobillərin qiyməti, əsasən, 22-30 min manat civarındadır".

Ekspert həmçinin avtomobil almaq istəyənlərin diqqqət yetirməli olduğu məqamlara da toxunub:

"Avtomobil aldıqda onu rəsmi idxalçıdan almaq daha məsləhətlidir. Çünki qeyri-rəsmi avtomobil idxalçıları tərəfindən satılan avtomobillərə zəmanət, servis xidməti və ehtiyat hissələri təminatı olmur. Bu səbəbdən tövsiyyə edirəm ki, avtomobil almaq istəyənlər onu rəsmi idxalçıdan alaraq güvənli əllərə etibar etsinlər. Məlumdur ki, ölkəmizə idxal olunan avtomobillər Avropa təyinatlı olur. Qeyri-rəsmi avtomobil idxalı ilə məşğul olan şəxslər isə ucuz olsun deyə Avropa təyinatlı deyil, Asiya təyinatlı və Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobillər gətirirlər. Bu avtomobillərin əksəriyyətinə isə rəsmi servislər tərəfindən zəmanət olmadığı üçün xidmət göstərilmir. Yekunda isə bundan əziyyət çəkən müştərilər olur".

 Sevinc İbrahimzadə

Teqlər:

"Avtomobil alark\u0259n n\u0259l\u0259r\u0259 diqq\u0259t etm\u0259k laz\u0131md\u0131r?"

Əlaqəli Xəbərlər