Menyu

ƏƏSMN: Əlilliyi olan 800-dən çox şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub

Nərmin Qocamanlı
ƏƏSMN: Əlilliyi olan 800-dən çox şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir. Son bir ildə həmin mərkəzlərdə 800-dən çox əlilliyi olan şəxsə 2700-ə yaxın robotik reabilitasiya xidmətləri göstərilib.

"Operativ Media" Nazirliyə istinadən xəbər verir ki, robot reabilitasiya sistemləri dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində istifadə olunur:

"Robotik terapiya fiziki terapiya prosesində əlilliyi olan şəxslərin intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir. Bu terapiya üsulu insult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında tətbiq edilir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər