Menyu

Sabirabadda şirkətin satış müdirinə 147 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Sabirabadda şirkətin satış müdirinə 147 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər