Ölkədə yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Nərmin Qocamanlı
Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.
Bu barədə "Operativ Media"ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.
Teqlər:
"\u00d6lk\u0259d\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti davam ed\u0259c\u0259k - FAKT\u0130K\u0130 HAVA"