Menyu

Keçmiş məhkumdan "Makarov" tapançası götürülüb

Nərmin Qocamanlı
Keçmiş məhkumdan "Makarov" tapançası götürülüb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ondan nömrəsi silinmiş “Makarov”  markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Teqlər:

"Ke\u00e7mi\u015f m\u0259hkumdan \"Makarov\" tapan\u00e7as\u0131 g\u00f6t\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər