Yasamal rayonu ərazisində bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısının və mobil telefonunun oğurlanması, həmin bank kartından isə 469 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Akif Əliyev və Vəli Şamıyev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, fevralın 17-də isə bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Telman Hüseynov və Elməddin Eyubov müəyyən olunaraq saxlanılıblar.