Prezident İlham Əliyevin fərmanına əsasən taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
Bəs buraxılış vəsiqəsi deyiləndə nə nəzərdə tutulur və bunun üçün hansı tələblər olmalıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı "Operativ Media"ya bildirib ki, buraxılış vəsiqəsi şəxsin taksi sürücüsü olduğunu təsdiq edən sənəddir:
"Buraxılış kartı isə nəqliyyat vasitəsinin taksi avtomobili kimi istifadəsini nəzərdə tutan sənəddir. Bunun üçün ilk növbədə təlim mərkəzində sürücü təlim keçməli və sertifikat almalıdır. Daha sonra sağlamlıq haqqında arayış təqdim etməlidir və sağlamdırsa, lazımi sənədləri əldə edərək fərqlənmə nişanı almalıdır. Bütün bunlardan keçdikdən sonra şəxs taksi sürücüsü kimi fəaliyyət göstərə bilər".
Ekspert qeyd edib ki, buraxılış vəsiqəsi və kartı 7 il müddətinə verilir, fərqlənmə nişanı isə hər ay alınmalıdır.
Sevinc İbrahimzadə
Teqlər:
"Taksil\u0259r burax\u0131l\u0131\u015f v\u0259siq\u0259sini nec\u0259 ala bil\u0259r?"