İranın xarici işlər naziri Əmir Abdullahyan bildirib ki, qonşularla, region ölkələri və Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi İran hökumətinin iqtisadi diplomatiyasının prioritet istiqamətlərindən biridir.
"Operativ Media" xəbər verir ki, İranın XİN rəhbəri bu sözləri İƏT-in genişlənməsinin yubiley mərasimində deyib.