Menyu

Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş keçirilib

Nərmin Qocamanlı
Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti üç rayon üzrə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Operativ Media"ya bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin müdir müavini Anar Məmmədov, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.

BŞTİ-nin müdir müavini Anar Məmmədov bildirib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir.

Müdir müavini sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər