Menyu

DMA yeni mexanizm formalaşdırıb

Nərmin Qocamanlı
DMA yeni mexanizm formalaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni mexanizm formalaşdırılıb.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, mexanizm özündə aktiv qiymətləndirmə, monitorinq və tövsiyə paketini birləşdirir.  

Mexanizm ilkin olaraq Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzlərində tətbiq edilib. Belə ki, həmin universitetlərin Karyera Mərkəzləri müvafiq mexanizmlə diaqnostikadan keçirilib və Mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tövsiyə sənədi hazırlanıb. Məqsəd Karyera Mərkəzlərinin fəaliyyətinin güclənməsi və çatışmazlıqların aradan qaldırılmasıdır. 

Növbəti mərhələdə mexanizmin digər universitetlərin Karyera Mərkəzlərində də tətbiqi və diaqnostikadan uğurla keçən universitetlərə Agentlik tərəfindən rəsmi nişanlı sertifikasiya sənədinin təqdim edilməsi nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər