Prezident: Gələn il Ağdama da ilk köç başlanacaq
Nərmin Qocamanlı
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net