Menyu

Kürdəmirdə əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Kürdəmirdə əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Yenikənd kənd sakini  Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə və əlində olan bağlamaya keçirilən baxış zamanı təmiz çəkisi 5 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Nəsirli narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər