http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sosial media hesablarımızı spamdan necə qoruyaq?

27 Fevral 2024 , 12:12
Sosial media hesablarımızı spamdan necə qoruyaq?

Sosial şəbəkə istifadəçilərinin tez-tez qarşılaşdığı problemlərdən biri də spamdır. Spam dedikdə istənilməyən reklam və ya məlumatlar başa düşülür. Adətən, profil spama düşəndə aktivlik azalır, paylaşımlar ana səhifəyə düşmür.

Bəs hansı hallarda sosial media hesabları spamlanır?

Mövzu ilə əlaqədar rəqəmsal marketinq meneceri Həsən Fətəliyev “Operativ Media”ya bildirib ki, spam əsasən alqoritmlərin müdafiə mexanizmidir:

"Alqoritm sizin başqalarına zərər vermək, aldatmaq kimi hərəkətlərinizi tənzimləmək üçün spamlar yaradır. İstənilən narahatedici vəziyyətdə təhqir edən hesabı spam edə və ya istifadə etdiyiniz platformaya bildirə bilərsiniz. Onlar şikayətinizi əsaslı hesab edərsə, lazımi tədbirləri görəcək. İstifadəçilərin spam göndərdiyi hesab növləri təhqir və ya təhqiramiz mesajlar göndərən istifadəçilər, dini və əxlaqi dəyərlərə qarşı təhqiramiz yazılar paylaşan səhifələr, cinsi məzmun paylaşan istifadəçilər və saxta hesablardır. Spam göndərilən profillər müəyyən müddətə, bəzi hallarda isə qeyri-müəyyən müddətə bağlanacaq".

Profil spama düşdükdən sonra nələrə diqqət etmək lazımdır? 

Mütəxəssis deyib ki, bu müddətdə edilən bəzi hərəkətlər spam vaxtını daha da uzada bilər:

"Paylaşımlar cinsi məzmunlu olmamalıdır, əks halda spam vaxtınız uzadılacaq. Əgər spam cəzası almısınızsa, onu aldığınız gün göndərməməyiniz daha yaxşıdır. Fərqli səhifələr altında yazdığınız şərhlərin təhqiredici olmadığına əmin olun. Əks halda təhqiredici şərhiniz bildiriləcək və sizə spam göndəriləcək. Alınan spam cəzasının müddəti bitənə qədər bəyənmə etməmək və çox sayda hesabı izləməmək vacibdir. Əslində, vaxtlı spam cəzası almısınızsa, bu müddət ərzində hesabınızla bağlı heç bir tədbir görməməyiniz daha yaxşı olar. Çünki etdiyiniz hərəkətlər spam vaxtınızın uzanmasına səbəb olacaq".

Hesabı spamdan hansı üsullarla çıxarmaq mümkündür? 

H.Fətəliyev qeyd edib ki, bununla bağlı bilinən 3 əsas üsul var:

"Ancaq bu üsullar sizin spam növündən asılı olaraq effektiv olmaya da bilər. Birincisi, hesabı və ya səhifəni ən azı 12 saatlıq dondurmaqdır. Bu zaman siz səhifəni yenidən bərpa etdikdə həmin platforma sizin spamı silə bilər. Digər bir variant istifadəçi adını (username) dəyişməkdir. Çünki sosial şəbəkələrdə olan spamlar əsasən istifadəçi adında qalır. Əgər sizin spam növü qeyri-müəyyən müddətə deyilsə, bu üsul sizin işinizə yaraya bilər. Başqa bir üsul isə mümkün qədər uyğun büdcə və müddət üçün reklam verməkdən ibarətdir. Bu halda siz həmin platformanın alqoritmində kontent istehsalçısı kimi qeydə alınırsınız və bu zaman onlar sizin reklamın qarşılığını verməyə məcburdur".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Sabah ölkədə 32 dərəcə isti olacaq

Sabah ölkədə 32 dərəcə isti olacaq

Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

XƏBƏR LENTİ
  • 13:41

    Hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanılıb.
  • 13:37

    Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
  • 13:32

    İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB
  • 13:25

    Hakan Fidan Malayziyanın Baş naziri ilə görüşüb
  • 13:14

    Xətai rayonunda yeni park salınması nəzərdə tutulur
  • 12:57

    Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
  • 12:49

    DİM mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçirəcək
  • 12:46

    Bayden və Netanyahu arasında telefon danışığı olub
Menyu