Ermənilər Ağdam, Laçın, Cəbrayıl və Füzuli qəbiristanlıqlarını minalayıblar
Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarının kəndlərində ermənilərin qəbiristanlıqları qazması barədə təsdiqlənmiş məlumatlar var.
"Operativ Media" xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin hazırladığı hesabatda deyilir.
Sənəddə Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində qəbiristanlıqlarda mina aşkarlanması barədə məlumatlar verilir.
“Monitorinq zamanı müəyyən edilib ki, rayonun Yusifcanlı və Suarası kəndlərinin qəbiristanlıqlarında mina partlaması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb, Laçın rayonu ərazisindəki yaşayış binasının həyətində kustar üsulla hazırlanmış partlayıcının işə salınması nəticəsində 1 nəfər xəsarət alıb", - məlumatda qeyd edilib.