Menyu

NİİM: Daha bir yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib

Nərmin Qocamanlı
NİİM: Daha bir yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.

Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün svetoforun yaşıl işığının müddəti 10 saniyə artırılıb.

Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş svetofor quraşdırılıb. Görülən işlər nəticəsində qeyd olunan yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər