Goranboyda yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Əziz Əzizli
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 8 000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S. Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net