Menyu

Vətəndaşlardan silah-sursat götürülüb

Nərmin Qocamanlı
Vətəndaşlardan silah-sursat götürülüb
1 dəq oxu

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, fevralın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 6 patron təhvil götürüblər.

Bundan başqa,  fevralın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 patron darağı və 56 ədəd patron aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər