Menyu

Ötən gün 30 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 30 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 30,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,3 kiloqramdan artıq heroin, 22,5 kiloqramdan çox marixuana, 490 qram tiryək, 2 kiloqramdan çox metamfetamin, həmçinin 427 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər