Menyu

FHN Gəncədə təhlükəli avtokranın fəaliyyətini dayandırıb

Nərmin Qocamanlı
FHN Gəncədə təhlükəli avtokranın fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən “KS-3579” markalı avtokranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə cavabdeh şəxsin təyin edilmədiyi və kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər