Menyu

Ötən ay 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Nərmin Qocamanlı
Ötən ay 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 825 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 15,6 %-i və yaxud 4 664-ü ilkin, 84,4 %-i və yaxud 25 161-i təkrar qeydiyyatın payına düşüb.

Yanvarda fərdi yaşayış və bağ evi üzərində 4 065, mənzil üzərində 6 477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7 338-i Bakının, qalanı isə bölgələrdə yerləşib.

Hesabat dövründə 21 567 texniki pasport tərtib edilib. Həmçinin 5 823 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Teqlər:

"\u00d6t\u0259n ay 30 min\u0259 yax\u0131n da\u015f\u0131nmaz \u0259mlak\u0131n m\u00fclkiyy\u0259t h\u00fcququ qeydiyyata al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər