Menyu

Həbsdə olan erməni separatçılarının hüquqları tam təmin olunub

Nərmin Qocamanlı
Həbsdə olan erməni separatçılarının hüquqları tam təmin olunub

Beynəlxalq təşkilatlar həbs edilmiş erməni separatçılarının hüquqlarının tam təmin olunmasından razıdırlar.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

O qeyd edib ki, vəkillər bu şəxslərə təkcə dövlət hesabına deyil, həm də müqavilə əsasında hüquqi yardım göstərirlər.

“Bu onu göstərir ki, müstəqil Azərbaycan vəkilliyi hər kəsin konstitusiya və beynəlxalq hüquqlarını təmin edir. Törətdiyi əməlin ictimai təhlükəsindən və ağırlığından asılı olmayaraq hər bir şəxsə hüquqi yardım göstərilir. İstər Azərbaycan cəmiyyəti, istərsə də beynəlxalq ictimaiyyət şahid oldu ki, ölkəmizdə istənilən şəxsə yüksək keyfiyyətli hüquqi yardım göstərilə bilər. Bu məsələ ilə bağlı heç bir şikayətə rast gəlməmişik. Həmin şəxslərin yaxınları, eləcə də beynəlxalq təşkilatlar tərəfindən heç bir narazılıq yoxdur. Əksinə, beynəlxalq təşkilatlar həbs olunan erməni separatçılarının hüquqlarının təmin olunmasından məmnunluq ifadə edir. Hamı görür ki, Azərbaycan vəkilləri vəkil andına uyğun olaraq öz peşə borcunu yerinə yetirirlər”, - deyə Anar Bağırov vurğulayıb.

Teqlər:

"H\u0259bsd\u0259 olan erm\u0259ni separat\u00e7\u0131lar\u0131n\u0131n h\u00fcquqlar\u0131 tam t\u0259min olunub"

Əlaqəli Xəbərlər