Ötən il Xəzər dənizinin çirklənməsinə səbəb olan min tondan çox kağız və plastmas təkrar emala göndərilib
Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərindən 91,652 m³ plastmas, 910,762 m³ qida qalığı, 883,174 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 123,031 m³ istismar tullantısı, 216,4 m³ neft qalığı-şlam, 4401,97 m³ döşəməaltı lyal sular, 96115,65 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.
QSC-dən "Operativ Media"ya bildirilib ki, dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 138 ton yanmış qəlib qumu, 2038,56 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 74830,8 ton məişət çirkab suyu, 874,25 ton neftli döşəməaltı-lyal su, 234,885 ton sürtgü yağı, 4983,66 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1019,62 m³ qida qalığı, 380,8 m³ polimer əsaslı və plastmas tullantı, 81,05 m³ yağlı və neftli tullantı, 130,871 m³ rezin tullantı, 7 ədəd akkumulyator və halvanik element, 372,85 m³ istismar tullantı, 0,203 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Ötən il ümumilikdə 1,285 ton kağız, 1,324 ton plastmas, 655,037 ton qara metal, 2,75 ton əlvan metal isə təkrar emala göndərilib.