http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Azərbaycan Prokuroru” jurnalına məqalə qəbul olunur

28 Fevral 2024 , 17:31
“Azərbaycan Prokuroru” jurnalına məqalə qəbul olunur

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokuroru” elmi jurnalının üçüncü nömrəsinə azərbaycan, türk, rus, ingilis dillərində hazırlanmış elmi-hüquqi məqalə qəbulu elan edilir. 

"Operativ Media" xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Elmi nəşrdə hüququn müxtəlif sahələri üzrə praktiki və nəzəri məsələlər üzrə hüquqşünaslar və ya hüquq elminin digər sahələri ilə kəsişdiyi aktual məsələlər üzrə digər sahələrin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar və onların nəticələri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarına dair tədqiqatların əks olunduğu məqalələrin dərc olunması nəzərdə tutulub.

“Azərbaycan Prokuroru” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə nəşr olunur və məqalələr həmin tələblərə cavab verməlidir.

Məqalələrinin “Azərbaycan Prokuroru” jurnalında dərc olunmasını arzulayanlar martın 30-dək müraciət edə bilərlər.

Məqalələrin mövzularının razılaşdırılması və akademik yazı ilə bağlı köməkliyin alınması üçün Redaksiyaya ilə əlaqə saxlanıla bilər (əlaqə nömrəsi: 0123611458, 0123611455, 0504666535).

Məqaləyə dair tələblər:

Məqalələr hüququn müxtəlif sahələri üzrə təcrübi və nəzəri məsələləri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemləri və onların həlli yollarını əhatə etməklə, əvvəllər heç bir nəşrlərdə dərc edilməməli və onlara təqdim olunmamalı (istisna hallar redaksiya heyəti tərəfindən müzakirə olunur);

Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməli;

Məqalələr Word Document fayl şəklində, Arial 14 şrifti ilə, 1,5 intervalla yazılmalı;

Məqalənin həcmi şəkil, cədvəl və ədəbiyyat siyahısı ilə birlikdə 8 səhifədən, ədəbiyyat icmalları və mühazirələrin həcmi isə 12 səhifədən artıq olmamalı;

Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməli;

Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməli;

İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə, o cümlədən internet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalı;

Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu