Menyu

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb

Nərmin Qocamanlı
Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər:

"Paytaxt sakini C\u0259lilabadda 12 kiloqram narkotik vasit\u0259 il\u0259 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər