29 Fevral 2024, 09:58
Gəncə şəhərində yeni yol nişanları quraşdırılıb

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Baş DYP İdarəsinin "Siqnal İLİ" İdarəsi tərəfindən Gəncə şəhərinin bir çox küçə və prospektində silinmiş yol nişanlanma xətləri bərpa edilmiş, sıradan çıxmış yol nişanları yenisi ilə əvəzlənmiş, eyni zamanda əhalinin sıx olduğu məntəqələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilmişdir.
"Operativ Media" xəbər verir ki, bu barədə DYP məlumat yayıb.