Menyu

Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub

Nərmin Qocamanlı
Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub

Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında olub.

Bu barədə "Operativ Media"ya DMA-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə Agentliyin funksional istiqamətləri, Məşğulluq filiallarında yeni konsepsiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verib, buna uyğun olaraq karyera məsləhətçilərinin fəaliyyəti ilə yerində tanışlıq olub.

Daha sonra Filialda Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib. Bildirib ki, Agentliyin fəaliyyətinin əsas istiqaməti əmək bazarının təhlili və buna uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün doğru məşğulluq tədbirlərinin icrasıdır. Həmçinin əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər