Menyu

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev martın 6-da, saat 10:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-326-34-34) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər