Bakıda 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulub
Nərmin Qocamanlı
Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.
“Operativ Media” xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.
O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.
R.Əlixanov əlavə edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.
Teqlər:
"Bak\u0131da 10 yeni metro stansiyas\u0131n\u0131n tikintisi n\u0259z\u0259rd\u0259 tutulub"