FTX birjasının CEO-su Sam Bankman-Fried saxlanılıb

Nərmin Qocamanlı
FTX birjasının CEO-su Sam Bankman-Fried saxlanılıb

FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş icraçı direktoru (CEO) Sam Bankman-Frid ABŞ-ın cinayət işi üzrə şikayətindən sonra Baham adalarında həbs edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baham adalarının baş prokuroru Rayan Pinder bildirib. O qeyd edib ki, FTX-in keçmiş baş direktoru Bankman-Fried-in Baham adaları polisi tərəfindən həbs edilib.

Qeyd edək ki, FTX noyabr ayında ABŞ-da müflis olmaq üçün müraciət edib və şirkətin baş direktoru Sam Bankman-Frid istefa verib.

Kriptovalyuta birjası FTX rəqibi və dünyanın ən böyük kriptovalyutası Binance ilə gərginlikdən sonra likvidlik problemləri yaşamağa başlayıb.

Digər xəbərlər