Menyu

Su polisi tərəfindən qanunsuz balıq ovu ilə məşğul daha bir nəfər saxlanılıb

Əziz Əzizli
Su polisi tərəfindən qanunsuz balıq ovu ilə məşğul daha bir nəfər saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində aparıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər