Menyu

Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürklə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürklə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürklə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan və qardaş Türkiyə arasında iqtisadi münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı etimada əsaslanan əlaqələrin biznes nümayəndələrini əməkdaşlığın inkişafına həvəsləndirdiyi və özəl sektor tərəfindən icra edilən birgə layihələrin hər iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rola malik olduğu qeyd edilib. Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonaları, azad edilmiş ərazilərimizdə investorlar üçün nəzərdə tutulmuş güzəştlər və imkanlar barədə məlumat verilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə Türkiyə şirkətlərinin aktiv fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub.

Görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsi müzakirə edilib. Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resurslar və layihənin perspektivləri nəzərdən keçirilib.

Teqlər:

"Mikay\u0131l Cabbarov T\u00fcrkiy\u0259nin \u201cTY\u00d6 Yat\u0131r\u0131m\u201d \u015firk\u0259tinin t\u0259sis\u00e7isi Yasin \u00d6zt\u00fcrkl\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər