ANAMA: Ötən ay 1941 partlamamış hərbi sursat zərərsizləşdirilib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.
ANAMA-dan "Operativ Media"ya bildirilib ki, fevral ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 437, tank əleyhinə 159 mina və 1941 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 4562.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net