Menyu

Məcnun Məmmədov Saatlıda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Məcnun Məmmədov Saatlıda vətəndaşları qəbul edəcək

Martın 7-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Operativ Media" Nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-733-16-08) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər