Saatlıda piyadanı avtomobil vuraraq öldürüb
Nərmin Qocamanlı
Bu gün saat 17:00 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net