Menyu

FHN: İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir

Nərmin Qocamanlı
FHN: İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir
1 dəq oxu

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.

Əlaqəli Xəbərlər