“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Mingəçevirdə keçiriləcək
Nərmin Qocamanlı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirəcək.
"Operativ Media"nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı da nəzərdə tutulur.
Aksiya Gənclər Evinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” martın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net