Menyu

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü cəzalandırılıb

Əziz Əzizli
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü cəzalandırılıb

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Teqlər:

"Beyl\u0259qanda narkotikin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc c\u0259zaland\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər