Menyu

Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər:

"Az\u0259rbaycanla T\u00fcrkiy\u0259 aras\u0131nda h\u0259rbi-texniki sah\u0259d\u0259 \u0259m\u0259kda\u015fl\u0131q m\u00fczakir\u0259 olunub"

Əlaqəli Xəbərlər