22 Dekabr 2022, 10:01
Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
"Operativ Media" birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,32 ABŞ dolları, yaxud 2,75 % artaraq 86,4 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 82,2 ABŞ dollarına satılıb.