Menyu

"Şamaxı"nın hücumçusu: "Rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırdılar"

Əziz Əzizli
"Şamaxı"nın hücumçusu: "Rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırdılar"

Rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayırdılar.

Bu sözləri "Operativ Media"ya açıqlamasında 1-ci Liqanın çempionu olan "Şamaxı"nın hücumçu Qurban Səfərov deyib.

O, çempion olmaq üçün çox əziyyət çəkdiklərini bildirib.

"Çempion olduğumuz üçün çox xoşbəxtəm. Əlimizdən gələni edib istəyimizə nail olduq. Ümumi mövsümü götürdükdə bizim üçün çətin oldu. Bəzən qara zolağa düşdük. "Karvan", "İmişli" "Qaradağ Lökbatan" kimi güclü rəqiblərlə yarışdıq. Premyer Liqa arzumuzu reallaşdırdıq".

Qeyd edək ki, "Şamaxı" gələn mövsümdən Premyer Liqada mübarizə aparacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər